Zelenski daha ölkəni idarə etmək istəmir, atəşkəsi gözləyir

14:05 25.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müharibə başa çatdıqdan sonra ölkəni idarə etməyi planlaşdırmır.

Hafta.az xəbər verir ki, dövlət başçısı bunu “The Axios Show” proqramına müsahibəsində deyib. “Mənim əsas məqsədim müharibəni bitirməkdir, vəzifədə qalmaq yox. Mən prezidentliyə yenidən namizəd olmağı düşünmürəm”, – Zelenski vurğulayıb.

O, atəşkəs əldə ediləcəyi təqdirdə parlamentə seçkilərin keçirilməsi ilə bağlı müraciət edəcəyini deyib. Qeyd edib ki, təhlükəsizlik vəziyyəti və konstitusiya çərçivəsi müəyyən çətinliklər yaratsa da, seçkilərin mümkün olduğuna inanır.

Zelenski həmçinin ABŞ lideri Donald Trampla görüşündə də bu mövqeyini dilə gətirdiyini açıqlayıb:

“Əgər atəşkəs olsa, istifadə edə və parlamentə siqnal verə bilərəm”.